Modern.az

Bu gün İranda parlament seçkiləri keçirilir

Bu gün İranda parlament seçkiləri keçirilir

Təhsil

26 Fevral 2016, 10:13

Bu gün İran parlamentinə - İslam Şura Məclisinə seçkilər keçirilir.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, İran xalqı budəfəki seçkilərdə 10-cu dəfə öz deputatlarını seçirlər. Artıq seçki məntəqələri yerli vaxtla saat 08:00-da açılıb. 

İranda keçirilən budəfəki parlament seçkilərində 290 yer uğrunda  5 minə yaxın namizəd mübarizə aparır.

Ölkənin paytaxtı Tehrandakı seçki məntəqələrindən birində səs verən İranın ali dini lideri Ayətullah Əli Xamanei keçirdiyi mətbuat konfansında bu cür bəyanat verib:

“Mən bütün iranlıları seçkidə iştirak etməyə çağırıram. Öz hüquqlarınızdan istifadə edin". 

İran İslam Respublikasının parlamentində millət vəkili statusunda qalmaq müddəti 4 ildir.

Həmçinin bu gün İslam Şura Məclisinə seçkilərlə yanaşı, 5-ci çağırış Ekspertlər Şurasına da səsvermə olacaq. 

Qeyd edək ki, budəfəki parlament seçkilərində səsvermədə seçki hüququ olan 55 milyon insanın iştirak edəcəyi nəzərdə tutulub.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?