
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında xalq artisti İlhamə Quliyeva ilə vida mərasimi keçirilir.
Musavat.com xəbər verir ki mərasimə sənətçinin qohumları, sənət dostları və media nümayəndələri axışır. Saat 12:00-da başlayacaq vidada İ. Quliyevanın mahnıları səsləndirilir.
Qeyd edək ki, trombdan (qan damarının tutulması) səbəbi ilə vəfat edən xalq artisti II Fəxri Xiyabanda, anası Tükəzban İsmayılovanın yanında dəfn ediləcək.
İlhamə Quliyevanın oğlu Orxan Nadirov yas mərasimdə iştirak edən jurnalistlərə açıqlama verib.
Anasının ölümündən danışan xalq artistinin oğlu dünən etdiyi kobudluğa görə media nümayəndələrindən üzr istəyib:
“Azərbaycan incəsənətinə böyük itki olduğu kimi mənim üçün də böyük itkidir. Mən böyüyümü, dayağımı itirmişəm. Bu gün mənim üçün çox çətindir. Hamının alın yazısı var, gec-tez vəfat edir. Dünən jurnalistlərə qarşı kobudluq etmişəm. Dəfələrlə hamınızdan üzr ostəyirəm. Məni də başa düşün, yaxınlaşıb nə hiss keçirdiyimi soruşdular. Bu toy, konsert deyil ki, sevinc hiss keçirim. Anamın vəsiyyətnaməsi, bütün sənədləri ailəmizin hüquqşünası Habil Vəliyevdədir. O bu işlə məşğul olacaq. Sırağagün gecə anamla danışdıq. Hər zaman ikimiz yuxudan gec oyandığımız üçün bir-birimizə gec zəng vururduq. Vacib iş olanda tezden zəng vurardım. Hələ ki, ekspertizanın rəyi açıqlanmayıb, 15 gün sonra hər şey məlum olacaq. Anam tabutda basdırılmağını istəsə də, biz müsəlmanıq. Müsəlman anamı tabutda basdıra bilmərəm. Bu gündən ehsanı Təzə Pir məscidində veriləcək”.
O.Nadirov İ.Quliyevanın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı yayılan məlumatların əsassız olduğunu deyib:
“Vəsiyyətnamə işləri ilə vəkilimiz məşğul olacaq. Lakin Elgiz Əkbərin anamın öz mirasını əsgərlərə bağışlaması ilə bağlı dediyi sözləri ilk dəfədir eşidirəm. Anam belə bir şey deməyib. Yəqin bu, Elgizin öz fantaziyasıdır”.
Orxan xalq artistinindiplomatik pasportundan da danışıb: “İlhamə xanıma Heydər Əliyev tərəfindən diplomatik pasport verilib. O diplomatik status daşıyır” .


Modern.az