Modern.az

Milli Məclis Əflatun Amaşova yeni vəzifə verir

Milli Məclis Əflatun Amaşova yeni vəzifə verir

Təhsil

26 Fevral 2016, 13:31

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun Milli Məclisn Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin olunması təklif edilib.

APA-nın xəbərinə görə, bu məsələ “Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” sənəddə əksini tapıb. Sənədə əsasən Ə. Amaşov bu vəzifədə Qənirə Paşayevanı əvəz edəcək.

Layihə martın 4-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Modern.az    

Twitter
Sizə yeni tvit var
Keçid et