“Hər il olduğu kimi, bu il də Azərbaycanın haqq səsinə, Leyla Əliyevanın "Xocaliya Ədalət" kampaniyasına dəstək vermək əsas məqsədimiz oldu. Məhz bu səbəbdən həmyerlim və eyni universitetdə təhsil aldığım Nəriman Fərəcovla Almaniyanın Vürzburq şəhərinin mərkəzində çiynimizdə bayrağımız və sinəmizdə "Justice for Khodjaly!!!” yazısı ilə dolaşmağa başladıq”.
Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu, hal-hazırda Almaniyanın Julius Maksimilians adına Universitetinin Avropa Hüququ üzrə magistri Yavər Məmmədova söyləyib.
“Bizim hal-hazırda yaşadığımız və təhsil aldığımız Vürzburq şəhəri Azərbaycanın Almaniyadakı səfirliyi olan paytaxt şəhər Berlindən uzaq olduğundan biz də Xocalı soyqrımı haqqında məlumatı buradakı almanlara çatdırmağa çalışdıq” .
Xaricdəki tələbəmiz Yavər Məmmədova bildirib ki, təhsil aldığı universitetin Politologiya və Sosiologiya elmləri fakültəsinin magistr tələbəsi Nəriman Fərəcəfovla bir yerdə Vürzburq şəhərinin mərkəzində alman vətəndaşlarına Xocalı soyqrımı haqqında məlumat veriblər.
“Daha sonra əlimizə olan alman dilindəki yeganə Xocalı soyrımı ilə bağlı kitabı kitabxanaya verdik ki, maraqlananlar heç olmasa, bu amansız hadisə bağlı məlumat əldə edə bilsinlər. Təəssüf ki, əlimizdən sadəcə bu gəldi. Kaş ki, daha çox şey edə bilsəydik. Daha çox insanlara səsimizi duyura bilsək“–deyə tələbə Yavər Məmmədova bildirib.




Ağa AKİFOĞLU