İctimai Televiziyanın (İTV) itkin düşmüş əməkdaşı Rəşad Əliyevin meyiti tapılıb. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, R. Əliyevin meyiti bu gün “Cristall hall” yaxınlığında dənizdə aşkar edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 1973-cü ildə anadan olmuş Əliyev Rəşad Fikrət oğlunun 23 yanvar 2016-cı il tarixdə Bakı şəhərinin Bülbülə qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. O, İctimai Televiziyada quruluşçu rejissor vəzifəsində çalışıb. R. Əliyev əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur.
Modern.az