Modern.az

Sərdar Həmidov dünyasını dəyişib

 Sərdar Həmidov dünyasını dəyişib

Təhsil

28 Fevral 2016, 23:49

 

Tərtər rayonunun sabiq icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov fevralın 28-də axşam vəfat edib. Modern.az saytının məlumatına görə, bu barədə mərhumun ailəsindən xəbər verilib.

S.Həmidov 1 saylı şəhər Kliniki Xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Birinci Qarabağ savaşında və Tərtər rayonunun erməni işğalına məruz qalmaması uğrunda misli görünməmiş qəhrəmanlıqlar göstərmişdi. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et