Modern.az

Merkel hakimiyyəti dövründəki ən çətin sınaqdan danışdı

Merkel hakimiyyəti dövründəki ən çətin sınaqdan danışdı

Təhsil

29 Fevral 2016, 10:51


Almaniya kansleri Angela Merkel miqrant siyasəti ilə bağlı sərt tənqidlərə tuş gəlsə də, bu günə qədər qəbul edilən bütün qərarların düzgün olduğunu deyib.

Modern.az xəbər verir ki, “ARD” telekanalına müsahibəsi zamanı Merkel miqrant böhranını kansleri olduğu müddətdə üzləşdiyi ən çətin sınaq adlandırıb.

“Əminəm ki, tutuduğmuuz yol düzgün yoldur. “B” planı isə yoxdur. İşlərimiz çoxlarının düşündüyündən daha yaxşı gedir. Miqrant böhranı kanslerliyim dövründə üzləşdiyim ən çətin sınaqdır. Bu yolda əsas vəzifəm Almaniyanın sabitliyini qorumaq olub”.

Merkel miqrantların saxlanıldığı yataqxanalara hücumların iyrənc olduğunu deyib.

Vüqar İsmayılov    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et