
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri, Tərtər rayonunun eks- icra başçısı Sərdar Həmidovu şəhid adlandırıb.
Modern.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb.
“Şəhid budur! 1992-1993-cü illərdə Tərtərin qorunmasında həlledici xidmətləri olan Sərdar Həmidov vəfat edib. Onu döyüşlərdə aldığı yaralar və zindanda düçar olduğu xəstəliklər öldürdü. Şəhid belə olur!
Övladlarına, İskəndər bəyə, yaxınlarına, bütün Tərtər camaatına başsağlığı verirəm.
Tanrı ruhunu şad etsin!”
Modern.az