Modern.az

Dövlət qurumlarında beynəlxalq telefon əlaqəsi məhdudlaşdırılıb

Dövlət qurumlarında beynəlxalq telefon əlaqəsi məhdudlaşdırılıb

Təhsil

29 Fevral 2016, 11:54

 

Ölkə büdcəsinin əvvəlki illərlə müqayisədə azalması dövlət qurumlarını  da hərəkətə keçib.  

Modern.az saytının əldə etdiyi məlumata görə dövlət qurumlarında bir çox başqa sahələrlə yanaşı, beynəlxalq əlaqələrlə bağlı telefon danışıqlarına məhdudiyyətlər qoyulub.  

Belə ki, artıq dövlət işçiləri xarici ölkələrə telefon açarkən bunun səbəbini və vacibliyini bəyan etməlidirlər. Artıq bir sıra dövlət qurumlarının əməkdaşları hansı ölkəyə nə üçün zəng edəcəklərini əvvəlcədən bildirir və ya danışıqlarının vaxtı barədə məlumat verirlər.  

Aytən ZƏHRA  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et