Modern.az

İŞİD qadınlardan ibarət batalyon yaradır

İŞİD qadınlardan ibarət batalyon yaradır

Təhsil

29 Fevral 2016, 16:10


İŞİD-in lideri Əbu Bəkr əl-Bağdadi qadınlardan ibarət batalyonun yaradılması haqda qərar verib.  

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, batalyon 2013-cü ildən qruplaşma sıralarında vuruşan Nada əl-Katani tərəfindən yaradılacaq.  

Əl-Kataninin Suriyanın şimal-şərqində vuruşduğu və qruplaşmaya qadınların cəlb olunmasında önəmli rol oynadığı bildirilir.  

O, qadınlara müraciət edərək ərlərinə və oğullarına qoşulmaq üçün batalyona daxil olmalarını istəyib.

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et