Modern.az

AMEA-da şəxs adları ilə bağlı problemlər gündəmə çıxarıldı

AMEA-da şəxs adları ilə bağlı problemlər gündəmə çıxarıldı

Təhsil

29 Fevral 2016, 16:31


“Adlara nəzarət funksiyası Terminologiya Komissiyasından ayrılmalıdır”. Modern.az xəbər verir ki, bu sözləri AMEA prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri, akademik Akif Əlizadə deyib. O qeyd edib ki, şəxs adlarına nəzarət Azərbaycan dilinin inkişafına uyğun gəlmir. 

Akademik qeyd edib ki, şəxs adlarına nəzarət Terminologiya Komissiyasına xas xüsusiyyət deyil. Bunun üçün xüsusi qurum yaradılmalıdır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də Akademiyanın tərkibində, Rəyasət Heyətində şəxs adları ilə bağlı ayrıca komissiya yaradılmasını təklif edib.

AMEA-nin müxbir üzvü, millət vəkili Nizami Cəfərov Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı danışıb. O qeyd eidb ki, lüğətdə toplanmış 110 min sözdən təxminən 40 minə yaxını qondarma sözlərdi.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova isə bildirib ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti Terminologiya Komissiyasının yox, AMEA Nəsimi adına Dilçilik İnstitutunun xətti ilə nəşr olunub.

“Düşünürəm ki, Orfoqrafiya lüğətindəki yanlışlıqlar aradan qaldırılacaq”.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et