
"Qalatasaray"ın baş məşqçisi Mustafa Dənizli komandadan ayrılır. 67 yaşlı mütəxəssis art;q klubun "Florya Metin Oktay" bazasına gedərək futbolçular və klub əməkdaşları ilə vidalaşıb.
O, daha sonra "Qalatasaray"ın prezidenti Dursun Özbeklə görüşüb. Superliqanın 23-cü turunda səfərdə "Qaziantepspor"a məğlubiyyətdən (0:2) sonra istefa vermək qərarı aldığı bildirilən baş məşqçi komandanın bugünkü məşqinə də çıxmayıb.
Türkiyə KİV-nin məlumatına görə, Mustafa Dənizlinin istefası yaxın saatlarda rəsmən açıqlanacaq.
Modern.az