Modern.az

"Cənub Qaz Dəhlizi"ndə Azərbaycanın payının maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq

"Cənub Qaz Dəhlizi"ndə Azərbaycanın payının maliyyələşdirilməsi ilə bağlı problem olmayacaq

Təhsil

29 Fevral 2016, 18:42


Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsində payının maliyyələşdirilməsi ilə bağlı heç bir problemi olmayacaq.

Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunları üzrə mətbuat konfransında deyib.

O, əlavə edib ki, 2016-cı ilin aprelində Transadriatik (TAP) boru kəməri layihəsi üzrə maliyyə məsələləri həll ediləcək.

Nazir qeyd edib ki, dünya iqtisadi böhranı "Cənub Qaz Dəhlizi" çərçivəsində layihələrin maliyyələşdirilməsinə təsir etməyəcək: "Cənub Qaz Dəhlizi" və "Şahdəniz" layihələri üzrə tərəfdaşların da belə problemləri yoxdur".

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et