Modern.az

Kerri Rusiya ilə ABŞ arasındakı razılıq BARƏDƏ: “Əməliyyat hazırlanır”

Kerri Rusiya ilə ABŞ arasındakı razılıq BARƏDƏ: “Əməliyyat hazırlanır”

Təhsil

1 Mart 2016, 10:16

 

ABŞ və Rusiya Suriyada atəşkəs haqqında sazişə riayət edilməsi və terrorçulara qarşı əməliyyatların keçirilməsi sisteminin yaradılması barədə razılığa gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri bildirib.

O deyib ki, Vaşinqtonla Moskva prosesin necə həyata keçirilməsini razılaşdırıb.  

“Bu imkan verəcək ki, həyata keçirilən missiyalar “İslam dövləti” (İŞİD) və Ən-Nusra cəbhəsinə qarşı olsun”,-deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Con Kerri bununla belə əlavə edib ki, razılığın detallarının mətbuatda açıq müzakirəsinə hazırlaşmırlar.  

Xatırladaq ki, Suriyada atəşkəs razılaşması fevralın 27-dən qüvvəyə minib.  

Aqşin Kərimov


Telegram
Hadisələri anında izləyin!
Keçid et