İdman günü münasibətilə jurnalistlər və incəsənət ustaları birlikdə yarışacaqlar.
Modern.az xəbər verir ki, bu barədə idman” qəzetinin baş redaktoru Qabil Mehdiyev məlumat verib.
O qeyd eidb ki, 5 mart bədən tərbiyəsi və idman günü münasibətilə jurnalistlər və incəsənət ustaları arasında stolüstü tennis yarışı keçiriləcək.
“İdman” qəzetinin Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkil edəcəyi turnirdə kişilər və xanımlar ayrı-ayrılıqda yarışacaqlar.
Yarış bir gün ərzində, martın 4-də saat 11.00-dan 15.00-dək davam edəcək.
Həm kişilər, həm də xanımlar arasında ilk üç yeri tutanlara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin müvafiq diplomları və sponsorların xüsusi mükafatları təqdim ediləcək.
Turnirdə iştirak etmək istəyən media nümayəndələri martın 3-ü saat 18.00-dək, fərdi şəkildə “İdman” qəzeti redaksiyasına (Tel: 434-57-32, (070/055) 286-86-29, e-mail: [email protected]) müraciət edə bilərlər.
Aytən ZƏHRA