Modern.az

Banklarla bağlı MONİTORİNQ

Banklarla bağlı MONİTORİNQ

Təhsil

1 Mart 2016, 13:17

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr (facebook, twitter, youtube və s.) daxildirlər.

Şirkət banklar ilə bağlı fevral ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin fevral ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 32215 xəbər yerləşdirilib. Bunlardan 30454-ü neytral, 1703-ü mənfi , 59-u isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Texnika Bank (427 xəbər - müflis elan), United Credit Bank (224 xəbər - bank ləğv olunur), Gəncəbank (187 xəbər – bank bağlanır).

Xəbər sayına görə sıralama:

 Azərbaycan Beynəlxalq Bankı                       1902 xəbər

Texnika Bank                                                 1598 xəbər

Bank of Azerbaijan                                        1287 xəbər

Unibank Kommersiya Bankı                          1140 xəbər

Kapital Bank                                                  880 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2111 xəbər dərc edilib. Bu xəbərlərdən 2091 xəbər neytral, 20 xəbər isə mənfi xəbərdir. Qəzetlərdə mənfi xəbərlər arasında liderlər: Texnika Bank (7 xəbər – bankın bağlanması), Bank of Azerbaijan (2 xəbər - bank müflis elan olundu), Bank Respublika (2 xəbər - bank 4 filialını birdən bağladı).

Xəbər sayına görə sıralama:

Azərbaycan Beynəlxalq Bankı                       89  xəbər

Texnika Bank                                                 75 xəbər

Bank of Azerbaijan                                        51 xəbər

Unibank Kommersiya Bankı                          51 xəbər

NBC Bank                                                       49 xəbər

Fevral ayında televiziya kanallarında banklar haqqında 526 xəbər göstərilib. Bu xəbərlərdən 511 xəbər neytral, 15 xəbər isə mənfi xəbərdir. Televiziya kanallarında mənfi xəbərlər iki banka aid olub: Texnika Bank (12 xəbər - bank müflis elan edildi), Gəncəbank (3 xəbər - bank müflis elan edilib).

Xəbər sayına görə sıralama:

Kapital Bank                                                  39 xəbər

Texnika Bank                                                 32  xəbər

Gəncəbank                                                    24  xəbər

United Credit Bank                                        21  xəbər

Azərbaycan Beynəlxalq Bankı                       21  xəbər

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et