Modern.az

Mogerini hüquq müdafiəçiləri ilə müzakirələr apardı – Bakıda

Mogerini hüquq müdafiəçiləri ilə müzakirələr apardı – Bakıda

Təhsil

1 Mart 2016, 13:41


Bu gün iqtisadçı Vüqar Bayramov və bir neçə hüquq müdafiəçiləri - Novella Cəfərova, Mirvari Qəhrəmanlı, Şəhla İsmayıl və Əvəz Həsənov Bakıda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerini ilə görüşüb.

Modern.az saytı xəbər verir ki, 2 saat yaxın davam edən görüş ictimaiyyət üçün açıq olmadığı üçün detallar açıqlanmır.

V.Bayramov bildirib ki, müzakirələrdə neftin dünya bazar qiyməti aşağı düşəndən sonra regionda, eləcə də Azərbaycanda mövcud iqtisadi vəziyyət və bunun geniş miqyaslı islahatlar üçün yaratdığı imkanlara diqqət yetirilib.

Həmçinin, Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsi də müzakirə mövzusu olub.

V.Bayramovun görüşdən sonra gəldiyi qənaətə görə, Avropa Birliyi Azərbaycanda islahatlara daha yaxından dəstək vermək niyyətindədir.

“Güman edirəm ki, ali nümayəndənin Azərbaycana səfəri ölkəmiz ilə köhnə qitə arasında münasibətlərin yenidən inkişafına töhfə verə bilər”.

Gülşən RAUFQIZI    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et