Modern.az

“Bu, özünü doğrultsa, istiqrazlar üçün böyük yenilik olacaq”

“Bu, özünü doğrultsa, istiqrazlar üçün böyük yenilik olacaq”

Təhsil

1 Mart 2016, 13:45

Bu gün Maliyyə Nazirliyinin 91 günlük istiqrazları üzrə hərrac keçirilib. Bu haqda Modern.az saytına iqtisadçı Cəfər İbrahimli məlumat verib.

O qeyd edib ki, Maliyyə Nazirliyi gəlirliliyin müəyyənləşdirilməsini bazarın öhdəsinə buraxıb və bu, tələbə görə müəyyən olunacaq. 

Ekspert qeyd edib ki, əlavə olaraq qarşılıqlı öhdəliklərin bağlanması T+1 rejimində həyata keçiriləcək.

“Əgər Mərkəzi Bank istiqrazlar üzrə likvidliyi təmin etməsi gözləntiləri özünü doğrultsa, istiqrazlar üçün böyük yenilik olacaq.
Bütün gözləntilər istiqrazlar üzrə gəlirliliyin ciddi şəkildə artacağını göstərir. Sadəcə istiqrazlara tələbin nisbətən aşağı səviyyədə qalacağını göstərən tək mənfi faktor - bazarda manat həcminin az olmasıdır”.

Ekspert bildirib ki, sifarişlər hərraca daxil olub və nəticələr günün ikinci yarısında elan olunacaq.  

Gülşən RAUFQIZI  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et