Modern.az

Novruz bayramı ərəfəsində bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Novruz bayramı ərəfəsində bu ünvanlarda yarmarkalar olacaq - SİYAHI

Təhsil

1 Mart 2016, 15:22


Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə 12-20 mart 2016-cı il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birgə Bakının müxtəlif rayonlarında və Sumqayıt şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edəcək. 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Eyni zamanda yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
 
Qeyd edək ki, yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq.
 
Bakı şəhəri üzrə:  

1. Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

2. Nərimanov rayonu, Keşlə bazarının ərazisi;

3. Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

4. Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

5. Binəqədi rayonu , Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə): 

 -12-ci mikrorayon;

 -köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə: 

Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı).

Twitter
Sizə yeni tvit var
Keçid et