Modern.az

Bayram Səfərov QƏZƏBLƏNDİ: “Cəhənnəmə getsinlər”

Bayram Səfərov QƏZƏBLƏNDİ: “Cəhənnəmə getsinlər”

Təhsil

1 Mart 2016, 15:43

Qəbələdən olan 25 sakinin Ağdama gələrək, Ermənistanın işğalı altındakı bölgəyə keçmək cəhdi cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov Modern.az-a açıqlamasında mövzu barədə danışıb. O bildirib ki, əllərində ağ bayraqla işğal altındakı əraziyə keçib erməni olmaq istəyənlərlə nə danışmaq, nə görüşmək istəyir.  

“Keçib erməni olmaq istəyir?

Cəhənnəmə getsin, gora da dalınca. Ağ bayraq da götürüb gedir, cəhənnəmə getsin. Elə adamlarla danışmaq və onları görmək istəmirəm”.

Qeyd edək ki, 25 nəfər Qəbələ sakini əllərində ağ bayraqla işğal altındakı Ağdam rayonuna keçərkən polis onları mühasirəyə alıb.

Bildirilir ki, həmin 25 nəfər Qəbələdə onlara qarşı  edilən haqsızlıqlardan dolayı bu addımı atıblar.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et