Modern.az

İqtisadçı prezidentin sərəncamını uğurlu addım hesab edir

İqtisadçı prezidentin sərəncamını uğurlu addım hesab edir

Təhsil

1 Mart 2016, 17:22


Prezident İlham Əliyevin sərəncamı ilə  "Əmanətlərin tam sığortalanması haqqında" qanun təsdiq edildi. Azərbaycan banklarında yerləşdirilən əmanətlər 3 illik gəlir vergisindən azad olunub.

İqtisadçı Samir Əliyev əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsi düzgün addım sayıb.

Modern.az saytı xəbər verir ki, iqtisadçı bunu son aylar ölkədə yaşanan gərginliyin aradan qaldırılması istiqamətində uğurlu addım hesab edib.

“Son aylar əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxartdı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı. Vəziyyətin belə davam etməsi, üstəgəl Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, az qala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı bank sektorunu çətin vəziyyətə salırdı.

Ona görə də, indiki məqamda əmanətlərin 3 illik olsa da, tam sığortalanması düzgün addımdır. Əmanət faizlərinin də vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir”. Ekspert bildirib ki, bu addımlar indiki problemi həll etməyə yönəlib, amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir:

“1. Manat və dollar əmanətlərinin (yeni yerləşdiriləcək) sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15 faizə qaldırılmalı, dollar (avro) əmanətlərinin sığortalanma faizi isə 8 faizə endirilməlidir,

2. Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir,

3. Əmanət bazarında faiz artımının qarşısını almaq üçün yaxşı olardı sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilsin. Yəni cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılsın”.  

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et