Aropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Bakıya səfəri çərçivəsində bu gün həbsdə olan “REAL” Respublikaçı Alternativ Hərəkatının sədri İlqar Məmmədovla görüşüb.
Modern.az xəbər verir ki, bu barədə AŞPA prezidenti özünün rəsmi "Twitter" səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq həbs ediul. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan İ.Məmmədov apellyasiya şikayəti ilə Şəki Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə apellyasiya şikayətlərini təmin etməyib. Bundan sonra İ.Məmmədov kassasiya şikayəti verib.
Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. O, həbs cəzasını 2 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Ağa AKİFOĞLU