Modern.az

Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana sərt CAVAB

Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana sərt CAVAB

Təhsil

2 Mart 2016, 10:15



“Dağlıq Qarabağ münaqişəsinin yegana həlli Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılmasıdır”. Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycanın dinc əhalisinə qarşı amansızlığı və qəddarlığı ilə seçilən, cinayətlər törətmiş Seyran Ohanyanın heç şübhəsiz xarici auditoriya üçün ünvanladığı siyasi terminlərlə dolu növbəti boşboğazlıq Ermənistanın hərbi-siyasi rəhbərliyindəki şəxslərin tam məsuliyyətsizliyi, öz xalqının gələcəyini düşünməyən kəslərin riyakarlığı və ikiüzlüyünü bir daha sübüt edir.

Bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyət və münaqişənin həlli ilə bağlı fikirlərinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Dağlıq Qarabağ münaqişəsinin yeganə həlli Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə, birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır. Məsələ ya Ermənistanın beynəlxalq hüquq norma və prinsiplərə riayət etməsilə həll olunmalıdır, ya da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşıda qoyulan tapşırıq tam icra edilməklə işğalçılar torpaqlarımızdan qovulmalıdır.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et