Modern.az

İlhamənin bacısından ŞOK açıqlama: "Bəlkə bir yerdən qızı da çıxdı" - Miras DAVASI

İlhamənin bacısından ŞOK açıqlama: "Bəlkə bir yerdən qızı da çıxdı" - Miras DAVASI

Təhsil

2 Mart 2016, 11:35


Xalq artisti İlhamə Quliyevanın ölümündən sonra gündəmə gələn miras qalmaqalına bacısı da qoşulub.

Mərhum müğənninin bacısı Gülbahar Quliyeva “Qafqazinfo”ya açıqlamasında söz-söhbətlərin artacağını, tufan qopacağını bildirib:

“Əli Mirəliyev kimdi? Əli İlhamənin dayısı qızının əridir, heç kimdir. Bizim İlhamənin yasını tuturuq. Mən onun bacısıyam, biz miras davası etmirik. Ancaq İlhamə Quliyevanın doğmaları bizik. Hamı bizim kim olduğumuzu bilir. İlhamənin bizə olan münasibətindən də xəbərdardırlar. Əli Mirəliyev rəsmi nümayəndədir? Kimdir o? İlhamənin heç qan qohumuda deyil. Bacım onları heç vaxt öz yaxınına buraxmayıb. Bu söhbətlər, mal davasıdır? Vallah, ayıbdır. İlhamənin mal varlığını Allah bilir.

Bu miras kimə lazımdırsa, ona da veriləcək. Oğlu varsa, mülk oğluna qalsın. Bəlkə bir yerdən qızı da çıxdı. Xəstə qadınam, belə şeylərə əsəbiləşirəm. Ay Allah, bunlar necə adamdırlar? Bu gözlənilən bir şey idi, bilirdim ki, belə qalmaqallar olacaq. Prosesləri izləyək, çox söz-söhbət olacaq, tufan qopacaq. Bu məsələni danışanlara ayıb olsun. Bunlar öz aralarında çox vuruşacaqlar”.

İ.Quliyevanın oğulluğu Orxan Nadirov da məsələ ilə bağlı Lent.az-a açıqlama verib: “Mən bu dəqiqə mal-mülk, var-dövlət söhbəti eləmək istəmirəm. Bu fikirdə də deyiləm. Bircə fikrim odur ki, anamın yasını yola verim. Bütün bu işlərlə bağlı sualları vəkilim Habil Vəliyevə ünvanlaya bilərsiniz”. 

Vəkil H.Vəliyev isə məsələni bu cür izah edib: “Hazırda Orxan Nadirovun başı yas mərasiminə və qəbir abidəsinin düzəldilməsinə qarışıb. O ki qaldı İlhamə xanımın varidatına bu, dövlətin qanunları ilə müəyyənləşdiriləcək. Nə Əli Mirəliyev, nə də başqa birisi qərar qəbul edən deyil. Bütün bu işlər məhkəmə vasitəsi ilə həll olunacaq. Bu məsələ ilə biz məşğul olacağıq. Orxan İlhamə xanımın oğludur. Bu, hər yerdə göstərilir. Hətta dəfn mərasimində heç kimi təqdim etmədilər, amma Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdilər. Hətta nazir də Orxanı İlhamə xanımın oğlu kimi təqdim etdi. Orxan bələkdə olandan İlhamə xanımın oğlu kimi təqdim olunub. Əli Mirəliyev çox söz deyə bilər. Hüquqi varis qanunlar tərəfindən tənzim olunacaq. Bu iş kiminsə deməyi ilə düzəlmir. Yalnız qanunla. Son qərar məhkəmənindir! Amma hər bir valideyn dünyasını dəyişəndə miras onun övladına qalır. Orxan da İlhamə Quliyevanın oğludur”. 

Qeyd edək ki, mərhumun qohumu, müğənni Əli Mirəliyev xalq artisti İlhamə Quliyevanın mirası ilə bağlı qalmaqallı açıqlama verib. Belə ki, o, İlhamənin var-dövlətinin oğlu Orxana deyil, dövlətə qalacağını iddia edib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et