Modern.az

Bank sektorunda istahatlar təklifi hazırlanır

Bank sektorunda istahatlar təklifi hazırlanır

Təhsil

2 Mart 2016, 13:16

“Azərbaycan Banklar Assosiasiyası bank sektorunda islahatlarla bağlı təkliflər hazırlayıb. Bu təkliflərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Banklar Assosiasiyası arasında görüş keçiriləcək”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. O qeyd edib ki, görüşdə bankların fəaliyyətinin səmərəliliyinin artırılması, bankların real sektora daha çox kredit ayırması, yüksək kredit faizlərinin aşağı salınması yolları müzakirə ediləcək.

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et