
Rusiya prezidenti Vladimir Putin SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçova 85 illik yubileyi münasibətilə təbrik teleqramı göndərib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, faktı prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da təsdiqləyib.
Peskov həmçinin Putinin Qorbaçovla bu gün görüş keçirmək ehtimalıma da toxunub.
“Hələ ki, heç nə deyə bilmərəm. Siz görürsünüz ki, prezidentin bu gün çox gərgin qrafiki var. Laikin doğru buyurdunuz – təbrik teleqramı doğurdan da göndərilib”.
Mixail Qorbaçov 1931-ci il martın 2-də Şimali Qafqaz diyarının (indiki Stavropol diyarında) Privolnoe kəndində anadan olub.
1985-ci il martın 11-dən SSRİ Mərkəzi Komitəsinin 1-ci katibi seçilib. Onun 1991-ci ilə qədər davam edən rəhəbrliyi müddətində Sovet qoşunları Əfqanıstanda çıxarılmış, Almaniya birləşdirilmiş, Soyuq müharibə başa çatmış və Dağlıq Qarabğ da daxil olmaqla SSRİ məkanında bir neçə qaynar nöqtə yaranmışdı.
Vüqar İsmayılov