Modern.az

Deputat narkotiklə yaxalandı

 Deputat narkotiklə yaxalandı

Təhsil

2 Mart 2016, 20:45

 

Almaniyada Yaşıllar Partiyasının Federal Məclisdəki üzvü Volker Beckin üzərində narkotik tapılıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Berlin prokurorluğunun sözçüsü Martin Steltner Beckin martın 1-də gecə polis tərəfindən Nollendorfplatz meydanı yaxınlığında nəzarətə alınıb və üzərində narkotik olduğu güman edilən 0,6 qram maddə aşkarlanıb.

Steltner Beckin sonra sərbəst buraxıldığını qeyd edib. Beck şəxsi internet səhifəsindən verdiyi hər zaman liberal bir narkotik siyasəti tərəfdarı olduğunu qeyd edərək, barəsindəki ittihamlarla bağlı vəkilinin prokurorluğa bir bəyanat verəcəyini deyib.

Beck partiya daxilində üzərinə götürdüyü daxili işlər və din işləri xidməti vəzifələrindən və Almaniya-İsrail parlament qrupu rəhbərliyindən ayrılacağını bildirib.

Alman mətbuatında çıxan xəbərlərdə Beckin sintetik narkotik Crystal Meth adlı maddə ilə yaxalandığı iddia edilib. Beck 1994-ci ildən bəri deputatdır və partiyasında önəmli vəzifələr üzərinə götürüb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et