Modern.az

Bir ayda orduya 779 965 manat yardım edilib

 Bir ayda orduya 779 965 manat yardım edilib

Təhsil

2 Mart 2016, 22:48

 

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb. Nazirlikdən Modern.az saytına verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsait ötən ay 779 965 manat artıb. Artım Azərbaycan manatı hesabında olub.

İndiyədək Silahlı Qüvvələrə Yardım Fondunun hesabına 70 854 827,62 manat , 211 791,88 ABŞ dolları və 2 093,69 avro vəsait daxil olub.

Qeyd edək ki, mərhum Prezident Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılan Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, toplanan vəsait silahlı qüvvələrin maddi texniki bazasının inkişafı, hərbi təyinatlı məmulatların hazırlanması, hərbi texnika, silah və döyüş sursatı alınması, hərbi kadrların hazırlanmasında istifadə edilə bilər.  

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et