Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadın tutulub.
Modern.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il noyabrın 13-də Balakişi Behbudova qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb.Aparılan əməliyyat tədbirləri ilə onun 2014-cü ildə daha 18 nəfəri aldadaraq onlardan ümumilikdə 139 000 manat alması müəyyən edilib.
Modern.az