Modern.az

56 nəfərin qətlində şübhəli bilinən killer zaminə buraxıldı - KURYOZ

56 nəfərin qətlində şübhəli bilinən killer zaminə buraxıldı - KURYOZ

Təhsil

3 Mart 2016, 13:10


Rusiya İstintaq Komitəsinin 56 qətl törətməkdə ittiham etdiyi “Cako” ləqəbli Aslan Qaqiyev Vyana məhkəməsi tərəfindən zaminə buraxılıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə onun 100 min avro qarşılğında Yozefştadt həbsxanasından azad olunması barədə qərar verib. Bununla belə, Qaqiyev Vyana şəhərini tərk edə bilməz və bu razılaşmanı pozarsa, dərhal həbs olunacaq.

Avstrtiya Aslan Qaqiyevi saxta sənədlər hazıərlamaqda ittiham olunduğu Bolqarıstana ekstradisiya etməyə hazırlaşır.

Rusiya İstintaq Komitəsi isə şübhəlinin Bolqarıstanda alacağı qısa həbs müddətindən sonra yenidən gizlənəcəyini ehtimal edir. Bu səbbədən bir qrup istintaqçı Moksvadan Vyanaya ezam olunaraq, onun Rusiyaya ekstradisiyasna çalışacaq.

Aslan Qaqiyev 2004-cü ildə muzdlu qatillərdən toplanan cinayətkar dəstə yaradıb. 50-dən artıq üzvü olan qruplaşma bir neçə il ərzində 56 sifarişli qətl törədib. Qaqiyevin dəstəsi Moskva, Moskvaətrafı və Şimali Osetiya regionunda çoxsaylı qətllər törədib.

Qruplaşmanın 9 üzvü həbsdə, 15 nəfəri istintaq təcdirxanalarında və 12 nəfəri isə beynəlxalq axtarışdadır.

Vüqar İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et