
Beynəlxalq Futbol Assosiyasiyaları Federasiyası (FİFA) dünya futbol komandalarının yeni reytinq cədvəlini açıqlayıb.
Modern.az təşkilatın rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Azərbaycan yığması ötən ayla müqayisədə 4 pillə irəliləyərək 300 balla 112-ci pillədə qərarlaşıb.
Postsovet ölkələrindən Ermənistan 296 balla 116-cı, Gürcüstan 283 balla 122-ci, Rusiya 892 balla 23-cü, Ukrayna 845 balla 27-ci və Belarus 517 balla 64-cüdür. FİFA reytinqində Türkiyə 943 balla 20-ci və İran 627 balla 44-cü yerdə qərarlaşıb.
Dünya yığmalarının reytinqinə Belçika (1506), Argentina (1457), İspaniya (1374), Almaniya (1355) və Çili (1307) başçılıq edir.
Vüqar İsmayılov