Modern.az

Kasparov Bakıya niyə gələ bilmədi...

Kasparov Bakıya niyə gələ bilmədi...

Ölkə

7 Sentyabr 2016, 11:58

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. Olimpiadada bir çox tanınmış şahmatçılar iştirak edirlər. Keçmiş bakılı, sovet şahmat məktəbinin məşhur siması, eks-dünya çempionu Harri Kasparovun da Bakı Olimpiadasına qonaq qismində qatılacağı söylənilirdi. Amma bu reallaşmadı.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov Modern.az-a açıqlamasında Kasparovun Bakıya gələ bilməməsi məsələsinə aydınlıq gətirib.

O, bildirib ki, Kasparov Bakıda keçirilən şahmat yarışlarına qonaq qismində dəvət olunmayıb.

“Çünki FİDE-nin rəsmi tədbirlərinə Harri Kasparovun qatılmasına qadağa qoyulub. Hətta, o, FİDE-nin rəsmi tədbirlərində qonaq kimi də iştirak edə bilməz. Biz də Şahmat Federasiyası olaraq Harri Kasparovu Bakıya dəvət etməmişik”.

Qeyd edək ki, Harri Kasparov 1963-cü ildə Bakıda doğulub.1980-ci ildə isə ailəsi ilə birgə Bakını tərk edib. Atası milliyyətçə yəhudi, anası isə ermənidir.

1981-ci ildə şahmat üzrə SSRİ çempionu adını qazanaraq Sovet şahmat tarixində buna nail olan ən gənc şahmatçı olub.

 
Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok