Modern.az

Azərbaycanda deputat oğlu Dövlət Gömrük Komitəsinin sədri təyin olundu

Azərbaycanda deputat oğlu Dövlət Gömrük Komitəsinin sədri təyin olundu

Ölkə

5 Mart 2019, 20:55

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub. 

Modern.az xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, S.Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı.

O, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok