İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında koronavirus aşkarlanıb. Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin direktoru Amiran Qamkrelidze Gürcüstanda koronavirusa yoluxması təsdiqlənmiş şəxsin İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəldiyini açıqlayıb. Onunla birlikdə səyahət edən digər şəxsdə isə yoluxma aşkar olunmadığı bildirilib.
Azərbaycan vətəndaşlarının isə viruslu şəxsin Azərbycandan keçərkən, digərlərinə bu virusu yoluxdurması ilə bağlı şübhələri var. Yəni “xəsətlik var və gizlədilir”.
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib ki, İrandan gələn Gürcüstan vətəndaşı Azərbaycanda olarkən, onda hansısa xəstəlik əlamətləri olmayıb:
“Çox güman ki, xəstəliyin inkubasiya dövrünə düşüb. Və o Azərbaycanda avtobusda olarkən inkubasiya dövrünə düşdüyündən xəstəliyin kiməsə ötürülməsi faizi sıfırdır”.
Baş infeksionist əhalini narahat olmamağa çağırıb.