Modern.az

\"Formula-1\" üzrə Azərbaycan Qran-prisi təxirə salındı

\

23 Mart 2020, 15:31

"Formula-1" üzrə Azərbaycan Qran-prisi təxirə salınıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə yarış təşkilatçısının rəsmi tvitter səhifəsində paylaşım edilib.

 

Bildirilir ki, 5-7 iyun tarixlərində baş tutmalı olan Azərbaycan Qran-prisi keçirilməyəcək. Buna səbəb koronavirus pandemiyasının qlobal şəkildə yayılmasıdır. Bu üzdən təşkilatçılar Azərbaycan mərhələsini təxirə salmaq qərarına gəliblər.

 

Qeyd edək ki, daha öncə 7 mərhələ təxirə salınıb. Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Monako Qran-Prilərinin sonradan keçirilib-keçirilməməsi də dəqiqləşməyib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var