Modern.az

Baş Prokuror köməkçisini işdən azad etdi - FOTO

Baş Prokuror köməkçisini işdən azad etdi - FOTO

10 İyun 2021, 11:56

Baş prokurorun köməkçisi Dağlar Zeynalov vəzifəsindən azad edilib.

 

Baş Prokuroluqdan Modern.az-a verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

 

Əmrə əsasən, D.Zeynalov prokurorluqda xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, D.Zeynalov Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsində çalışıb.

 

Xatırladaq ki, bu barədə ilk xəbəri unikal.org saytı yayıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok