Modern.az

Əmək pensiyalarının minimum məbləği ARTIRILIR

Əmək pensiyalarının minimum məbləği ARTIRILIR

24 Dekabr 2021, 13:37

Gələn il Azərbaycanda əmək pensiyasının minimum məbləği 240 manat olacaq.

 

Modern.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində pensiyaların minimum məbləği öz əksini tapıb.

 

Dəyişikliklə əmək pensiyasının minimum məbləği 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq 240 manat olacaq.

 

Qeyd edək ki, 2021-ci il üçün əmək pensiyasının minimum məbləği 200 manatdır.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var