“Heydər Əliyev ili”ndə böyük əfv GÖZLƏNİLİR

“Heydər Əliyev ili”ndə böyük əfv GÖZLƏNİLİR

Ölkə

2 Oktyabr 2022, 15:22

"Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük bir addım atıldı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2023-cü il "Heydər Əliyev İli" elan edildi. Böyük tədbirlər planı hazırlanacaq və burada bir çox məqamlar öz əksini tapacaq. İstisna etmirəm ki, 2023-cü ilin may ayı ərəfəsində cənab Prezident tərəfindən böyük əfv sərəncamı imzalansın".

 

Bunu Modern.az-a "Heydər Əliyev İli"ndə görüləcək işlər haqqında danışan Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

 

Tanınmış hüquqşünas qeyd edib ki, Ulu öndərin 100 illiyində cəmiyyətin bütün təbəqələrinə bu bayramdan pay düşəcəyini hesab edir.

 

"Heydər Əliyev Azərbaycan dövlətinin, bütün Azərbaycan xalqının, hər kəsin öndəri, prezidenti olub. O ümummilli liderdir. Ona görə də əfvlə bağlı Prezident İlham Əliyevin sərəncamı ola bilər. Ümumiyyətlə, 2023-cü il üçün hazırlanacaq tədbirlər planı ilə əlaqədar vətəndaş cəmiyyəti də öz təkliflərini verəcək. Hesab edirəm ki, bu geniş müzakirədən keçməli, böyük bayrama hazırlıq əhatəli olmalıdır".

 

Əliməmməd Nuriyevin sözlərinə görə, təkliflər çox ciddi araşdırılmalı, uyğun məqamlar fəaliyyət planına daxil edilməlidir: 

 

"Mən əminəm ki, əhəmiyyətli, məzmunlu, Ulu öndərin adına layiq fəaliyyət planı olacaq. Biz bunun uğurla icra edildiyinə şahid olacağıq və bütün bu işlər Azərbaycan dövlətinin daha da möhkəmlənməsinə, cəmiyyətin rifahına töhfələr verəcək".

 

Qeyd edək ki, bir neçə gün öncə Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyası Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini iki ay müddətində hazırlayıb, dövlət başçısına təqdim etməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna hərbçilərinin dəhşətli görüntüləri yayıldı