Modern.az

Nə pul var, nə də restoranlarda boş yer - Maaşı bir günlük əyləncəyə xərcləyəcəklər

Nə pul var, nə də restoranlarda boş yer - Maaşı bir günlük əyləncəyə xərcləyəcəklər

Ölkə

28 Dekabr 2022, 17:10

Yeni ilə sayılı günlər qalıb, artıq insanlar bayramı harada qeyd edəcəklərinə qərar veriblər. Bəziləri bayramı ailəsilə birlikdə evində qeyd etməyə üstünlük versə də, şəxsi arzu, göstəriş, bir-birilə yarış xatirinə otellərə, restoranlara üz tutanlar da az deyil. Xüsusilə bayram günləri restoranlarda qiymətlər "əl yandırsa da", bir neçə saatlıq əyləncə üçün bir aylıq maaşından keçib, bu atəşə yox deməyənlər də həddindən çoxdur. Əsas odur, sosial şəbəkələrdə foto paylaşılsın, "like"lar yığılsın, təbrik "yağışı"na tutulsunlar...

 

Hətta restoranların əksəriyyətində yerlər çoxdan bron edilib...

 

Bunu Modern.az-ın əməkdaşının paytaxtdakı bir neçə məşhur restoranla sorğusu da sübut edir:

 

“KaddeBaku”da ilin son günü üçün artıq yer qalmayıb. 1 nəfər üçün qiymət isə 250-300 arasında dəyişir.

 

“NarŞərab”da 31-dekabr üçün yer olmayan restoranlar sırasındadır. Qiymətlər isə 200 manatdan başlayır.

 

“BakuCastel”də də ilin son günü üçün boş masa yoxdur. Qiymətlər isə 150 manatdan başlayır.

 

“SalamBaku” restoranında isə yerlər məhdud saydadır. Boş masa üçün rezervasiyalar isə 100 manatdır.

 

“CıdırBaku”da ilin son gecəsi üçün boş masalar yoxdur. Rezervasiya 150 manatdan başlayır.

 

“Crastos”da 31-i dekabr üçün qiymətlər 250 manatdan başlayır. Boş masalar isə hələlik var.

 

“DonVilla”da da ilin son günü üçün rezervlər hələ də qəbul edilir. Qiymətlər isə 200-250 manat aralığında dəyişir.

 

“ManzaraBaku”da rezervasiya qiymətləri 200-1000 manat aralığındadır. 31-dekabr üçün də boş masalar mövcuddur.

 

“Yeniozais Restoranı” - 31 dekabr yeni il gecəsi üçün biletin qiyməti 2 nəfərə qədər adambaşı 150 manat, əgər say 2 nəfərdən çoxdusa adambaşı 100 manatdır.

 

“La Chateau Restaurant” - 31 Dekabr tarixində baş tutacaq tədbirdə 1 nəfər üçün menu daxil olmaqla qiymət 150-200 azn təşkil edir. Ancaq 6 nəfərlik masa olarsa qiymət 100 manata endirilir. İlin son gecəsi üçün isə boş masalar var.

 

“Niaqara Restaurant"da şou proqram 31 dekabr saat 19:00 da baş tutacaq. Qiymət 250 - 300 AZN arası yerləşməyə görə dəyişir. Biletə fiks menyu daxildir. Restoranda hələ də yer bron etməmisinizsə, artıq gecdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok