Modern.az

Güclü külək, leysan, şimşək - Faktiki hava

Güclü külək, leysan, şimşək - Faktiki hava

31 İyul 2023, 11:12

İyulun 31-i saat 10:00-a olan məlumata əsasən Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Düşən yağıntının miqdarı Xaltanda 14 mm, Lerikdə 9 mm, Bərdədə 8 mm, Qax, Astarada 7 mm, Tərtər, Şahdağda 6 mm, İsmayıllı, Balakən, Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı, Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5 mm-dək, Bakıda və Abşeron Yarımadasında 1 mm-dək olub.

 

İyulun 30-da şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naxçıvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü