Modern.az

"Veteran pulu"nun artırılması müzakirə olunacaq - DSMF sədrindən ANONS

Ölkə

17 Noyabr 2023, 13:30

“Müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib. 

 

O qeyd edib ki, son dörd il ərzində, demək olar ki, hər il aparılan islahatlar çərçivəsində həm minimum əməkhaqqının, həm minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri artırılıb.

 

"Bu məsələ müntəzəm şəkildə həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyində müzakirə olunur. Hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır. İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Lakin müharibə, veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına görə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır. Amma yenə də biz kommunal xərclərlə bunun müqayisəsini əgər aparmaq istəsək, Dövlət Statistika Komitəsinin 2022-ci il statistik məlumatına əsasən, istehlak xərclərinin tərkibində su, işıq, qaz və digər yanacaq növlərinə görə xərclər təxminən 27 manat 17 qəpik, nəqliyyat xərclərinə görə 21 manat 85 qəpik və rabitə xərclərinə görə 11 manat 20 qəpik, ümumilikdə isə bir nəfər üçün 60 manat 22 qəpik məbləğində müəyyən edilib ki, hazırkı təqaüdün məbləği də qeyd edilən xərci 33 faiz üstələyir”,- deyə DSMF sədri vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran Ermənistanı silahlandırır-500 milyonuq müqavilə