Modern.az

“Neftçi” - “Sabah” matçının vaxtı açıqlandı

“Neftçi” - “Sabah” matçının vaxtı açıqlandı

Ölkə

Bu gün, 16:08

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun oyun cədvəli müəyyənləşib.

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun görüşləri 3 günü əhatə edəcək.

“Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək turun mərkəzi oyunu oktyabrın 9-u, saat 19:30-da başlayacaq.

Premyer Liqa

VII tur

9 oktyabr (cümə)

16:00. “Araz-Naxçıvan” – “Kəpəz”

Şamaxı şəhər stadionu

19:30. “Neftçi” – “Sabah”

“Palms Sports Arena”

10 oktyabr (şənbə)

19:30. “Sumqayıt” – “Qəbələ”

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. “Zirə” – “Şamaxı”

Zirə İK stadionu

11 oktyabr (bazar)

16:00. “İmişli” – “Qarabağ”

Yevlax şəhər stadionu

18:30. “Şəfa” – “Turan-Tovuz”

“SOCAR Polymer Arena”.

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunundan 7 gün öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun qazonuna baxış keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...