Modern.az

Pensiyaçılara ildə iki dəfə əlavə müavinət verilsin! - Komitə sədri

Pensiyaçılara ildə iki dəfə əlavə müavinət verilsin! - Komitə sədri

Ölkə

15 Mart 2024, 16:28

Pensiyaçılara ildə iki dəfə bayram münasibəti ilə əlavə müavinətin verilməsi təklif edilir. 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib. 

 

Komitə sədri bildirib ki, minimum həddə əmək pensiyası alan pensiyaçılarin sosial müdafiəsini daha da gücləndirilməsi üçün onlara ildə iki dəfə bayramlar münasibəti ilə əlavə müavinət verilməsi imkanına baxılması yaxşı olar.

 

Deputat həmçinin, şəhid övladlarının təhsil güzəştinə tətbiq edilən yaş məhdudiyyətinin götürülməsi təklif edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok