Modern.az

Azərbaycanda ən varlı bələdiyyələr - SİYAHI

Azərbaycanda ən varlı bələdiyyələr - SİYAHI

Ölkə

5 Aprel 2024, 14:11

Azərbaycanda büdcəsinə görə ən varlı bələdiyyələrin adları məlum olub.

Modern.az xəbər verir ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi Rəhman Məmmədov illik büdcə gəliri 1 milyon manatdan çox olan bələdiyyələrin ilk “5-lik”ində hanıs yerli özünü idarəetmə orqanlarının olduğuna aydınlıq gətirib.
 

Onun bildirdiyinə görə, Bakıdakı bələdiyyələr arasında büdcə gəliri 1 milyon manatı ötən beş bələdiyyə var. Bunlar  Xətai, Nərimanov, Yasamal, Nəsimi və Səbail bələdiyyələridir.

2023-cü ilin nəticələrinə görə, bu bələdiyyələrin büdcə gəliri 1 milyon manatdan çoxdur. Onlar həm də ölkədə ən varlı bələdiyyələr hesab olunur.

Ölkə üzrə ən varlı bələdiyyə büdcəsi 2 milyon manatlıq həddi keçən Xətai bələdiyyəsidir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir