Modern.az

Şahdağa 20 sm qar yağıb - FAKTİKİ HAVA

Şahdağa 20 sm qar yağıb - FAKTİKİ HAVA

Ölkə

11 Aprel 2024, 09:56

Aprelin 11-i saat 09:30-a olan məlumata əsasən, bəzi yerlərdə arabir yağıntılı olub, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm-ə çatıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, düşən yağıntının miqdarı Ordubad, Culfada 12 mm, Naxçıvanda 9 mm, Şahbuzda 8 mm, Sədərəkdə 7 mm, Gədəbəy, Şərurda 6 mm, Kürdəmir, Biləsuvar, Naftalan, Gəncə, Balakən, Zaqatala, Şəki, Tərtər, Yevlax, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Cəlilabad, Neftçalada 2 mm-dək olub.

 

Şimal-qərb küləyi arabir Altıağacda 22 m/s, Şamaxıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib.



Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 1.7 metrə çatıb.



Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qax, Şəki, Quba, Qrız, Cəfərxan, Lerikdə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, Naxçıvan MR-da 21, Aran rayonlarında 21, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi