Modern.az

ABŞ Azərbaycan-Ermənistan razılaşmasını ALQIŞLAYIR 

ABŞ Azərbaycan-Ermənistan razılaşmasını ALQIŞLAYIR 

Ölkə

24 Aprel 2024, 22:56

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

 

“Biz Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsini iki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi qəbul etməsi xəbərini alqışlayırıq. Bu, uzunmüddətli və ləyaqətli sülh sazişi yolunda mühüm addımdır”, - o bildirib.

 

Patel həmçinin qeyd edib ki, qurum ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona mümkün səfəri ilə bağlı hələlik hər hansı açıqlama vermək niyyətində deyil.

 

Xatırladaq ki, aprelin 19-da Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, bir sıra razılıq əldə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok