Yanvarın 27-də Novruz Aslanov (Novruz Aslan) İsmayıllı rayonuna növbəti səfərini edib. Bu dəfə də rayon mərkəzində yerləşən ofisdə seçicilərin qəbulu nəzərdə tutulmuş qrafik üzrə həyata keçirilib. Bu dəfə də görüşdə kifayət qədər adam iştirak edib. Məlumat Modern.az-a deputatın qərargahından verilib.
“Qış mövsümü olması səbəbindən qəbula gələn insanların müraciətlərinin bir hissəsi mavi yanacaq və elektrik enerjisi ilə bağlı olub. Bu sahədə lazımi addımlar atılır. Məlumat üçün bildirək ki, qəbula gəlməyən sakinlərin bir hissəsi deputatın ünvanına yazılı müraciətlərin göndərilməsinə üstünlük verirlər. Qaldırılan məsələlər arasında eləsi olub ki, yerində öz həllini tapıb. Şifahi müraciət edənlərin də sayı az deyil”-deyə qərragahdan bildirilib.
Verilən məlumata görə, bu günə kimi ümumilikdə 100-ə yaxın belə müraciət edilib.
“Ümumiyyətlə, İsmayıllı rayonunun sosial vəziyyəti hər zaman Novruz Aslanovun fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edib. Xüsusilə, kommunal xidmətlərin səviyyəsinin yerlərdə daha da yaxşılaşdırılması diqqət mərkəzində olub. Bu sahədə deputat mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq müraciətlər edib və bunun sayəsində bir çox kəndlərdə lazımi işlər görülüb. Belə işlərə təbii qazın və elektrik enerjisinin verilməsini aid etmək olar”.
Bu dəfəki müraciətlər sırasında ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsinə köməklik, kommunal xidmətlər, müalicə, torpaq islahatları, mənzil şəraitinin yaxşılaşdırılması, maddi və digər yardımlar əsas yer tutub. Yerli özünüidarəetmə orqanları tərəfindən də müraciətlər daxil olub. Belə müraciətlər əsasən kommunal xidmət sahələri barədə, həmçinin, kəndlərdə xeyir və şər məclislərinin keçirilməsi üçün 150 nəfərlik çadırla təminat məsələsi də olub.
“Bildiririk ki, bir çox kəndlər çadırlarla təmin ediliblər və bir neçə kəndin də çadırla təmin olunması nəzərdə tutulub”-deyə qərargahdan bildirilib.
Müraciət edən bəzi sakinlərin qaldırdığı məsələləri nəzərinizə çatdırırıq:
1. Xəlilov Heydər -müəllim Sumağalı kəndi, Fəxri adın verilməsinə köməklik
2. Mirzəyev Səlahəddin -2-ci Yeniyol kəndi, kəndə təbii qazın verilməsinə köməklik
3. Məmmədov Qızqayıt-Ruşan kəndi, itkin düşmüş anasının axtarışına və yaşayış şəraitinin yaxşılaşdırılmasına köməklik
4. Babayev Fəyyaz -Yuxarıbaş kəndi, gözlərinin əməliyyat olunmasına köməklik
5. Kərimov Namiq-Qızının əməliyyat olunmasına köməklik
6. Məmmədov Hacı-Uştal kəndi, maddi yardım
7. Mirzəyev Mehman-İvanovka kəndi, əsirlikdə olub və sənədlərinin bərpasına köməklik
8. Səmədova Nüranə-Diyallı kəndi, 20 Yanvar da şəhid ailəsi-ev almaq üçün köməklik
9. Məmmədov Vüsal-Mican kəndi, işlə təmin olunmasına köməklik
10. Əhədov Sənəm-İsmayıllı şəhəri, pensiya məsələsi
11. Hüseynov Vüqar- Atası onkoloji xəstədir, müalicəsinə köməklik
12. Mirzəliyeva Sahilə-İsmayıllı şəhəri, qızının İranda müalicə olunmasına köməklik
13. Eybalıyeva Hökümə-İsmayıllı şəhəri, qızının təhsil haqqının ödənilməsinə köməklik
14. Vahabova Mamaxanın-İsmayıllı şəhəri, 2 övladı xəstədir ,müalicəsinə köməklik
15. Musayevə Elnarə-İsmayıllı şəhəri, həyətyanı torpaq sahəsinin verilməsinə köməklik
16. Musayevə Firuzə-Gəndov kəndi, yanmış evin tikilməsinə köməklik
17. Paşayeva Elmira-İsmayıllı şəhəri, oglu 2-ci qrup əlildir, müalicəsinə köməklik
18. Osmanlı Əli-İsmayıllı rayonu məhkəmə qərarının icrasına köməklik
19. Xanməmmədova Şəfiqə-İsmayıllı şəhəri,İşlə təmin olunmasına köməklik
20. Daşdəmirov Kamil-Balik kəndi, təhsil haqqının ödənilməsinə köməklik
21. Salmanov Mühiddin-Qoşakənd kəndi, qəzalı evinin təmiri
22. Heydərov Qəzənfər-Gideyli kənd, gəlini onkoloji xəstədir, müalicəsinə köməklik
23. Hüseynov İslam-Gideyli kənd,2 əlil övladı var, yaşayış yeri üçüm köməklik
24. Hüseynov Maqsud -Gideyli kəndi, kəndə su çəkilməsinə köməklik
25. Məmmədəliyev Rəşad-Müdrü kəndi, kəndə tibb qardaşı kimi işləmək Qızıl Aypara Cəmiyyətinin xətti ilə
26. Baxışov Tərxan-İsmayıllı şəhəri, işlə təmin olunmasına köməklik
27. Babayev İslam-İsmayıllı şəhəri, işlə təmin olunmasına köməklik
|
|
|
|
|
|
|
|
|
|