“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.
Milli Məclisdən Modern.az-a verilən məlumata görə, 46 hakimlə bağlı müəyyən yerdəyişmələr və təyinatlar olacaq. 6 hakimin səlahiyyətinə xitam veriləcək.
Həmçinin, Şəlalə Məmmədovanın və Tahir Kazımovun Ali Məhkəmənin hakimi təyin olunması məsələsinə baxılacaq. Ali Məhkəmənin üzvü İlham Cəfərovun isə vəzifəsinin dəyişdirilməsi gündəliyə çıxarılacaq.
Qanuna dəyişiklik Milli Məclisin iyunun 30-da keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.
Mirmahmud KAZIMOĞLU