Karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.
Qanun layihəsi qəbul ediləcəyi halda, 2020-ci il dekabrın 30-dək qüvvədə olacaq.
Layihə Milli Məclisin martın 30-də keçiriləcək plenar iclasında müzakirə çıxarılacaq.