Modern.az

Xocalıda tapılan məzarlığı xarici mediaya və ATƏT-ə göstərməliyik! - Deputat

Xocalıda tapılan məzarlığı xarici mediaya və ATƏT-ə göstərməliyik! - Deputat

Parlament

9 Fevral 2024, 11:50

İşğaldan azad olunmuş Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib. Əsgəran qalasının yaxınlığında aşkarlanmış məzarlıqda azı 8 insan qalığı var. Qalıqların Xocalı faciəsi zamanı qətlə yetirilən sakinlərə məxsus olduğu ehtimal edilir.
 

Modern.az məsələ ilə bağlı Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədovla əlaqə saxlayıb.
 

Saytımıza açıqlamasında Elman Məmmədov bildirib ki, Xocalı soyqırımı zamanı 150 nəfər itkin düşüb:
 

"Məndə olan məlumat belədir ki, bu günə qədər Xocalıdan olan 150 nəfərin taleyi haqqında məlumat yoxdur. Həmin şəxslərin yaxınlarından - yoldaşlarından, uşaqlarından və valideynlərindən 44 günlük Vətən Müharibəsindən sonra sorğu götürülüb və müvafiq qurumlar onlardan qan nümunələri alıb. 44 günlük müharibədən sonra müxtəlif ərazilərdə kütləvi məzarlıqlar aşkar olunub. Əsgəran qalası yaxınlığında tapılan kütləvi məzarlıq da təsadüfi deyil. Kütləvi məzarlıqların sayı çox olacaq. Qan nümunələri əsasında onların Xocalı sakinlərindən hansı ailəyə məxsus olduğunu müəyyən edəcəklər".
 

Deputat söyləyib ki, yeni aşkarlanmış kütləvi məzarlıq seçki ilə bağlı Azərbaycana gəlmiş xarici mətbuatın, eləcə də ATƏT-in və digər beynəlxalq təşkilatların nümayəndələrinə təqdim etməlidir:
 

"Çünki bu erməni vəhşiliyinin növbəti əyani sübutudur. Təqdim edib deyək ki, ey ATƏT və  Avropa, müdafiə etdiyiniz ermənilərin əməlləri budur!".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi